Masallıda ölümlə nəticələnən avtoqəza olub

Hadisə

07.09.2024 - 18:19

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alan 13 yaşlı sərnişin xəstəxanada ölüb

Masallı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AYNA xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi "Vaz 21074" markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada ölüb. Sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş