Masallı Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar
Masallı şəhərində 8-ci sinif şagirdi itkin düşüb. AYNA.AZ Oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin Dadva küçəsində baş verib.
Həmin ərazidə yaşayan 2011-ci il təvəllüdlü Xatirə Nurlan qızı Əhmədova iyunun 19-u axşam saatlarında yaşadığı evdən çıxıb naməlum istiqamətə gedib.
Onun yaxınlarının müraciətindən sonra Masallı Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar.