Mark Rutte: "Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir"

Siyasət

19.01.2023 - 23:30

Həkimlər Klinikalar SEO Xidməti

Davosda Mark Rutte ilə İlham Əliyev arasında görüş olub

"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir".

AYNA xəbər verir ki, bunu Niderland Krallığının Baş naziri Mark Rutte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davosda görüşü zamanı deyib.

Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirib.

Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edilib, regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş