Qrossi İranın nüvə silahı yaratması üçün nə qədər vaxt lazım olduğuna dair fərziyyələrə qarşı xəbərdarlıq edib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi hesab edir ki, İsrail hücumlara başlayanda İran nüvə silahı yaratmırdı. AYNA.AZ xəbər verir ki, Qrossi bu barədə “La Nacion” qəzetinə müsahibəsində bildirib.
"Hazırda cavab "xeyr"dir. Amma buna aparan çoxlu elementlər var idi", deyən Qrossi "İran nüvə bombası yaradırdımı?" sualına cavab verib.
Qrossi həmçinin İranın nüvə silahı yaratması üçün nə qədər vaxt lazım olduğuna dair fərziyyələrə qarşı xəbərdarlıq edib: "Biz xronoloji məsələlərdə çox diqqətli olmalıyıq. İraqa silahlarından istifadə etmək üçün 45 dəqiqə lazım olduğu barədə faciəli bəyanatı hamımız xatırlayırıq...".