MAQATE rəhbəri ABŞ-İran danışıqlarının tarixini və yerini açıqlayıb

Dünya

25.03.2026 - 17:34

“Danışıqlar bu həftə sonu Pakistanın İslamabad şəhərində baş tuta bilər"

“ABŞ və İran arasında nüvə proqramı və Yaxın Şərq nizamlanması ilə bağlı danışıqlar bu həftəsonu baş tuta bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə deyib.

"Düşünürəm ki, danışıqlar bu həftə sonu Pakistanın İslamabad şəhərində baş tuta bilər", - deyə Qrossi bildirib.

O əlavə edib ki, bu dəfə gündəm daha geniş olacaq və raket proqramları, Tehranın müttəfiq silahlı birləşmələri və İran üçün təhlükəsizlik zəmanətləri məsələlərini əhatə edəcək.

MAQATE rəhbəri qarşıdan gələn görüşün təkcə nüvə enerjisi və münaqişənin səbəblərinə deyil, həm də regiondakı daha geniş təhlükəsizlik məsələlərinə yönələcəyini irəli sürüb.

Xatəm əl-Ənbiya hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari daha əvvəl İranın ABŞ ilə danışıqlara yalnız öz təşəbbüsü ilə başlayacağını bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş