Hadisə terror aktı kimi qiymətləndirilib
Bu gün İngiltərənin Mançester şəhərində yerləşən Hiton Park sinaqoquna avtomobil və bıçaqla edilən hücum terror aktı kimi qiymətləndirilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Londonun “New Scotland Yard” qərargahının qarşısında bəyanatla çıxış edən Milli Terrorla Mübarizə İdarəsinin rəhbəri polis rəis müavini Lourens Teylor deyib.
Onun sözlərinə görə, əldə olunan məlumata əsasən, hadisə rəsmi olaraq terror insidenti elan edilib.
Polis rəsmisi həmçinin bildirib ki, hücumla bağlı iki nəfər saxlanılıb. Hücum nəticəsində iki mülki şəxs həlak olub. Hücumçu olduğuna inanılan şəxs isə polis tərəfindən güllələnib. Hadisə zamanı yaralanan üç nəfərin vəziyyəti ağırdır.