Yaponiyada beysbol liqası bərpa edilir

İdman

12.05.2020 - 13:04

Oyunlara iyun ayında start veriləcək

 

Yaponiyanın beysbol liqası pandemiya səbəbiylə mart ayından etibarən təxirə salınmışdı. AYNA xarici mediaya əsasən xəbər verir ki, liqaya iyun ayında start veriləcək.

 

"12 komanda infeksiyanın yayılmasını diqqətdə saxlayaraq, bütün lazımi hazırlıqların aparılması şərti ilə mövsümü iyun ayının ikinci yarısından açırıq”, deyə, Nippon Professional Beysbol komandiri Atsuşi Saito bildirib.

 

Beysbol Yaponiyada olduqca populyar oyundur, hətta bu səbəbdən gənc liqalar da televiziya yayımını alır.

 

Məlumat üçün deyək ki, pandemiya səbəbindən dünyada beynəlxalq idman yarışları təxirə salınsa da, bir neçə ölkə yerli yarışlarını bərpa etmək üzrədir. Almaniyanın Bundesliqası da bu şənbə günündən oyunlarına 10 stadionda keçirməklə başlayır. 

Müəllif: Ayna.az