“Mançester Siti” Premyer Liqa çempionu oldu

İdman

22.05.2022 - 22:33

Həkimlər Klinikalar SEO Xidməti

“Norviç Siti”, “Uotford” və “Bernli” elita ilə vidalaşıb

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

AYNA xəbər verir ki, çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparıb.

Son tura 90 xalla 1-ci pillədə girən Pep Qvardiolanın baş məşqçisi olduğu komanda evdə “Aston Villa”nı (45 xal, 14-cü yer) ilə qəbuledib. 3:2 hesablı qələbə qazanan “Siti” çempionluğu bayram edib.

Bu matça qədər liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edib.

Mersisaydlılar qələbə qazansalar da (3:1) digər oyunun nəticəsinə görə çempion ola bilməyiblər.

Günün digər oyunlarına gəlincə, “Arsenal” “Everton”u, “Lester Siti” “Sauthempton”u, “Çelsi” “Uotford”u, “Brayton” “Vest Hem”i məğlub yola salıb.

 “Bernli” evdə “Nyukasl”a, “Brentford” isə “Lids”ə uduzub. Səfərdə “Kristal Pelas”la qarşılaşan “Mançester Yunayted” mövsümün son matçından da xalsız ayrılıb.

 “Norviç Siti”nin qonağı olan “Tottenhem” isə 5 cavabsız qolla qalib gəlib.

Bu nəticələrdən sonra çempion “Mançester Siti” və əsas izləyicisi “Liverpul”la yanaşı, “Çelsi” və “Tottenhem” də İngiltərəni UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

5-ci olan “Arsenal”, həmçinin 6-cı yerlə kifayətlənən “Mançester Yunayted” Avropa Liqasına vəsiqə əldə edib.

7-ci yeri tutan “Vest Hem” isə Avropa Konfrans Liqasında oynamaq hüququna yiyələnib.

22 xalla sonuncu – 20-ci pilləni tutan “Norviç Siti” və 23 xalla 19-cu olan “Uotford”un Premyer Liqanı tərk edəcəyi öncədən bəlli idi.

Son turda məğlubiyyətlə üzləşən və 35 xalda qalan “Bernli” də 18-ci yeri tutub və elita ilə vidalaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş