Avropa Liqasının finalı Almaniyanın bu şəhərində olacaq

İdman

16.06.2020 - 19:58

Daha əvvəl turnirin qalan oyunlarının Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində keçiriləcəyi bildirilib

 

Cari mövsüm futbol üzrə Avropa Liqasının finalı Almaniyanın Köln şəhərində olacaq. 

 

AYNA "Bild" nəşrinə istinadən xəbər verir ki, həlledici qarşılaşma "Reyn Energi" stadionunda baş tutacaq. 

 

Daha əvvəl turnirin qalan oyunlarının Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində keçiriləcəyi bildirilib. 

 

Qeyd edək ki, avrokubokların dəqiq tarixi, yeri və formatı ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17 və 18-də keçiriləcək iclasında qəbul olunacaq.

Müəllif: Ayna.az