Çempionlar Liqasının rəmzi yığması açıqlanıb - <font color=red> FOTO</font>

İdman

24.08.2020 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

Rəmzi heyətdə son çempion “Bavariya”dan dörd futbolçu yer alıb

 

Futbol üzrə UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün rəmzi komandası açıqlanıb.

 

AYNA UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, rəmzi heyətdə son çempion “Bavariya”dan dörd (Manuel Noyer, Yozua Kimmix, Serj Qnabri və Robert Levandovski) futbolçu yer alıb.

 

Finalda Münhen klubuna minimal hesabla uduzan PSJ də dörd futbolçu ilə təmsil olunub: Markinyos, Presnel Kimpembe, Xuan Bernat, Anxel Di Mariya.

 

“11-lik”də yer alan digər futbolçular isə “Leyptsiq”dən Marsel Sabitzer, “Mançester Siti”dən Rahim Sterlinq və Dortmund “Borussiya”sından Erlinq Halanddır.

Müəllif: Ayna.az