“Mançester Siti” çempionluq paradı keçirib

İdman

13.06.2023 - 05:13

Parad maraqlı görüntülərlə yadda qalıb

“Mançester Siti” çempionluq paradı keçirib. AYNA xəbər verir ki, kadrlar klubun sosial şəbəkə hesabından yayılıb.

2022/23 mövsümündə “şəhərlilər” İngiltərə çempionu, ölkə kuboku və Çempionlar Liqasını qazanaraq tarixi uğura imza atıblar.

Futbolçuların və məşqçilərinin olduğu avtobus Mançester küçələri ilə hərəkət edib. Azarkeşlər komandanı uğurlu mövsümə görə alqışlayıblar.

Parad maraqlı görüntülərlə yadda qalıb.

Müəllif: Ayna.az