Malta Zaxarovanın vizasını ləğv edib

Dünya

05.12.2024 - 15:08

Həkimlər Klinikalar SEO Xidməti

Moskva Maltanın bu qərarına əsəbi reaksiya verib

Malta dekabrın 5-6-da Vallettada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurası) iclası ərəfəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın vizasını ləğv edib. AYNA xarici mediaya istinadən bildirir ki, Malta Xarici İşlər Nazirliyi (XİN) bu qərarı Zaxarovanın ölkəyə girişinə qadağa qoyması ilə əlaqələndirib.

Əvvəlcə Zaxarova üçün istisna nəzərdə tutulmuşdu. Diplomatik dairələrin məlumatına görə, istisnaya üç ölkə - Estoniya, Latviya və Litva etiraz edib. Onlar bunu ötən il Rusiyanın Estoniyanın ATƏT-də sədrliyinə mane olması ilə əsaslandırıblar.

Moskva Maltanın bu qərarına əsəbi reaksiya verib. Rusiya XİN-dən bildirilib ki, Malta Rəyasət Heyətinin Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovaya “onlardan asılı olmayan şəraitə görə” ifadəsi ilə artıq verilmiş vizanın hadisə ərəfəsində ləğvi görünməmiş haldır.

Bildirilib ki, Valettadakı görüş zamanı “Rusiya nümayəndə heyətinin üzvlərinə ATƏT sistemindəki müxtəlif tədbirlər, o cümlədən Nazirlər Şurasının qarşıdan gələn iclası üçün vizaların verilməməsi probleminə xüsusi diqqət yetiriləcək”.

Zaxarovanın özü bu qərarı “Qərbin hiyləsi adlandırıb”.

Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq Vallettaya gedib. Nazir Maltaya rus təyyarəsinin göyərtəsində uçub - baxmayaraq ki, rus təyyarələrinin Aİ hava məkanına girişi qadağandır.

Bu, 2022-ci ilin fevralında Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsinin başlamasından sonra Lavrovun Aİ ölkəsinə ilk səfəridir.

Müəllif: Ayna.az