Makron Trampın fələstinlilərin köçürülməsi ideyasının əleyhinədir

Dünya

12.02.2025 - 17:45

Həkimlər Klinikalar SEO Xidməti

Fransa Prezidenti ABŞ liderinin Qəzza sakinlərini başqa ölkələrə köçürmək planına qarşı çıxıb

Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın Qəzza sakinlərini başqa ölkələrə köçürmək planına qarşı çıxıb. AYNA xəbər verir ki, bu barədə Fransa lideri CNN telekanalına müsahibəsində bildirib.

"İki milyon insana sadəcə olaraq deyə bilməzsiniz ki, “ölkənizdən köçün”. Doğru qərar daşınmaz əmlak alqı-satqısı deyil, siyasi əməliyyat həyata keçirmək olardı”, - Fransa lideri qeyd edib.

Makron bildirib ki, digər ölkələr fələstinlilərin Qəzza zolağında qalmaq istəyinə, eləcə də İordaniya və Misirin bölgədən çoxlu sayda qaçqını qəbul etmək istəməməsinə hörmət etməlidir.

Fevralın 10-da Tramp fələstinlilərin Qəzza zolağına qayıtma ehtimalını istisna etdiyini bildirib. Siyasətçi onlar üçün yeni şəhər tikəcəyinə söz verib. Ağ Ev rəhbərinin sözlərinə görə, fələstinlilər indi Qəzzaya qayıtsalar, oranın qurulması üçün illər lazım olacaq. Çünki indiki vəziyyətdə anklav yaşayış üçün yararsızdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş