“Söhbət Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar üçün faydalı olarsa...”
Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Fransa lideri “La Depeche” qəzetinə müsahibəsində deyib.
"Əlbəttə, əgər belə bir söhbət Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar üçün faydalı olarsa, mən Vladimir Putinlə yenidən danışa bilərəm", - Fransa lideri qeyd edib.