Sabah yağıntılı və dumanlı hava şəraiti hökm sürəcək
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Bu barədə AYNA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Mayın 26-da gecə və səhər saatlarında yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.