Parlament qanun layihəsini təsdiqləyib
Macarıstan Parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması ilə bağlı qanun layihəsini yekun olaraq təsdiqləyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, deputatların üçdə ikisindən çoxu qanunun lehinə səs verib.
Qanun layihəsi üzrə yekun səsvermədən əvvəl aprelin sonunda parlamentdə qızğın müzakirələr aparılıb. O zaman müxalifətdəki liberal-demokrat partiyaların nümayəndələri bunun əleyhinə çıxış ediblər.
Sənədi parlamentdə təqdim edən Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, son illər BCM ciddi şəkildə siyasiləşdirilib və beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün müxtəlif dövlətlər tərəfindən istifadə olunmağa başlayıb.
"Macarıstan hesab edir ki, siyasət və geosiyasətə beynəlxalq hüquqi təşkilatlarda yer yoxdur", - nazir bildirib.