"Hökumət öz səlahiyyətlərinə xitam vermək proseduruna başlayacaq"
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxdığını elan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə aprelin 3-də Macarıstanın Baş nazirinin aparatının rəhbəri Qerqeli Qulyas deyib.
"Hökumət konstitusiya və beynəlxalq hüquq normalarına uyğun olaraq cümə axşamı öz səlahiyyətlərinə xitam vermək proseduruna başlayacaq", - Qulyas bəyan edib.
Bundan əvvəl, aprelin 1-də beynəlxalq insan haqları təşkilatı “Amnesty International” Macarıstanı həmkarı Viktor Orbanın dəvəti ilə ölkəyə səfər edəcək İsrailin Baş naziri Benyamin Netanyahunu həbs etməyə çağırıb. Təşkilatdan verilən məlumata görə, Macarıstanın Baş naziri Avropa Birliyinin üzvü olan ölkə kimi bunu etməyə borclu olsa da, BCM-in verdiyi orderə əməl etməyəcəyini bildirib.