“Bu asan olmayacaq, lakin belə inkişaf xalqlarımızın maraqlarına uyğundur”
Belarus Almaniyaya sərhəd maneələrini aradan qaldırmağı və iki ölkə arasında münasibətləri bərpa etməyi təklif edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Belarus liderinin Mətbuat Xidmətinin məlumatına görə, bu barədə Prezident Aleksandr Lukaşenko deyib.
"Biz ikitərəfli münasibətləri bərpa etmək üçün sərhəd və digər maneələri birgə aradan qaldırmağı təklif edirik", - o vurğulayıb.
Lukaşenkonun sözlərinə görə, “bu asan olmayacaq, lakin belə inkişaf xalqlarımızın maraqlarına uyğundur”.
Dövlət başçısı onu da əlavə edib ki, 1990-cı ildə Almaniyanın yenidən birləşməsi müasir Avropanın tarixində ən əlamətdar hadisələrdən biri olub.