Los-Anceles yaxınlığında yeni yanğın başlayıb

Dünya

23.01.2025 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

30 mindən çox insanın təxliyəsi əmri verilib

Kaliforniyada, Los-Anceles qraflığında, yanvarın 22-də başlayan yeni yanğın bir neçə saat ərzində 38 kvadrat kilometr ərazini əhatə edib. AYNA xəbər verir ki, bu barədə bu gün “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, 30 mindən çox insanın təxliyəsi əmri verilib.

Los-Anceles dairəsi şerifi daha 23 min insanın təxliyə xəbərdarlığı altında olduğunu bildirib.

Yeni yanğının baş verdiyi Kastaik gölünün ətrafındakı ərazi əsasən kolluq və otlaqlardan ibarətdir, bir qədər də meşə ərazisi var.

Yanğının söndürülməsi üçün dörd mindən çox yanğınsöndürən cəlb olunub. Onlar göldən su götürmək üçün helikopterlərdən istifadə edərək yanğını havadan söndürməyə çalışırlar. Los-Anceles dairəsinin yanğınsöndürmə rəisi Entoni Marrone bildirib ki, “Hughes” yanğını nəzarət altındadır. Bölgədə quru, küləkli hava şəraitinin davam etməsi yanğınla mübarizəni çətinləşdirir. Lakin həftə sonu yüngül yağış yağacağı gözlənilir ki, bu da yanğının söndürülməsinə kömək edə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş