İngiltərə futbolçusu matç ərəfəsində öldürüldü

İdman

26.01.2020 - 16:39

Cordan Sinnot icarə əsasında "Metlok Taun" klubunda çıxış edib

 

Britaniyanın “Metlok Taun” klubunun yarımmüdafiəçisi Cordan Sinnot kütləvi davada aldığı xəsarətlər nəticəsində ölüb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu huşsuz vəziyyətdə aşkarlanıb. Polisin məlumatına görə, bundan əvvəl barlardan birində səkkiz kişi və bir qadının iştirak etdiyi dava olub.

 

Sinnot kəllə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

 

Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı kişi saxlanılıb.

 

Cordan Sinnot icarə əsasında "Metlok Taun" klubunda çıxış edib. Klub İngiltərənin çempionatının səkkizinci divizionunun təmsilçisidir.

 

Futbolçunun ölümündən sonra komanda planlaşdırılmış matçı ləğv edib.

Müəllif: Ayna.az