Fasiləyə səbəb yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işlərinin aparılmasıdır
Bu gündən 4 iyun günorta saatlarına qədər Qaradağ rayonu Lökbatan qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq. AYNA.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumata görə, fasiləyə səbəb yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işlərinin aparılmasıdır.