Litva Ukraynanın “Patriot” alması üçün 30 milyon avro ayıracaq

Dünya

26.07.2025 - 22:19

“Bununla ABŞ Prezidenti Donald Trampın qərarını tam şəkildə paylaşdığımıza dair strateji mesaj göndərmiş oluruq”

Vilnüs Ukrayna üçün Amerikanın “Patriot” zenit-raket komplekslərinin alınması üçün 30 milyon avro ayıracaq. AYNA.AZ xəbər verir ki, bu barədə BNS agentliyinə Baltikyanı ölkələrin müdafiə nazirlərinin amerikalı həmkarı Pit Heqsetlə görüşündən sonra Litva Müdafiə Nazirliyinin rəhbəri Dovile Şakaliene Baltikyanı ölkələrin müdafiə nazirlərinin amerikalı həmkarı Pit Heqset ilə görüşündən sonra məlumat verib.

“Litva ABŞ-da istehsal olunan silahların alınmasına, xüsusən “Patriot” sistemlərinin alınmasına qoşulacağına dair mövqeyini açıqlayıb və bunun üçün təxminən 30 milyon avro ayıracaq”, –nazir qeyd edib.

“Bununla ABŞ Prezidenti Donald Trampın qərarını tam şəkildə paylaşdığımıza dair strateji mesaj göndərmiş oluruq”, – deyə Şakaliene qeyd edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməkdə davam etmək qərarına gəlib. NATO bu prosesi koordinasiya edəcək. Prezidentin sözlərinə görə, tədarüklərə 17 “Patriot” sistemi daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş