Litva Rusiyadakı səfirini geri çağırıb

Siyasət

12.05.2022 - 21:40

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın Klaypedadakı konsulluğu da bağlanıb

Litva Seyminə iyunun 1-dən səfirin Rusiyadan geri çağırılması və iyunun 7-dən Sankt-Peterburqdakı Baş Konsulluğun ləğvi haqqında fərman layihəsi təqdim edilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə parlamentin saytında yer alan sənədlərdə deyilir.

Qeyd olunur ki, layihə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb.

Bundan əvvəl Litvanın xarici işlər naziri Qabrielius Landsbergis ölkəsinin Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını, həmçinin Moskvadan səfirini geri qaytardığını bildirib. Rusiyanın Klaypedadakı konsulluğu da bağlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş