Liman şəhərində ər arvadını odlu silahla qətlə yetirib

Hadisə

13.09.2020 - 14:36

Kişi bir müddət əvvəl həbsdən azad edilibmiş

 

Lənkəran rayonunun Liman şəhərinin Balıqçılar qəsəbəsində qətl hadisəsi baş verib. AYNA-nın xəbərinə görə, Lənkəran rayon sakini, bir müddət əvvəl azadlığa buraxılmış keçmiş məhkum, 1983-cü il təvəllüdlü Mais Abıyev həyat yoldaşı, 1981-ci il təvəllüdlü Günay Abıyevanı yaşadıqları evdə odlu silahla qətlə yetirib.

 

Qətlə yetirilən Günay Abıyeva əslən Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəndir. O, ailə qurduqdan sonra Lənkəranın Liman şəhərinin Balıqçılar qəsəbəsinə köçüb. Ailənin iki övladı var. Faktla bağlı cinayət işi açılıb, Lənkəran Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Müəllif: Ayna.az