Leysan Qədimbəylinin xatirəsinə tələbələrin təhsilinə dəstək göstəriləcək

Xəbərlər

26.05.2026 - 19:47

“İnanırıq ki, bir gəncin xatirəsinə edilən ən gözəl yaxşılıqlardan biri başqa gənclərin gələcəyinə dəstək olmaqdır”

Leysan Qədimbəylinin əziz xatirəsinə həsr olunmuş məclisdə ailəyə dəstək məqsədilə edilən yardımların tələbələrin təhsilinə yönləndirilməsi qərara alınıb.

AYNA.AZ-a Qədimbəylilər ailəsindən verilən açıqlamaya görə, toplanan yardımlar Sədərək Xeyriyyə Cəmiyyəti vasitəsilə təhsil alan gənclərə dəstək məqsədilə istifadə olunacaq.

Ailə bildirib ki, Leysan öyrənməyə, yaradıcılığa və gələcəyə bağlı ruhu ilə seçilən gənclərdən biri olub və onun yarımçıq qalan arzularının başqa gənclərin yoluna işıq olmasını istəyirlər.

“İnanırıq ki, bir gəncin xatirəsinə edilən ən gözəl yaxşılıqlardan biri başqa gənclərin gələcəyinə dəstək olmaqdır”, — deyə açıqlamada qeyd olunub.

Qədimbəylilər ailəsi, həmçinin, bu ağır günlərdə yanlarında olan, dərdlərini paylaşan, dua edən və dəstəyini əsirgəməyən hər kəsə təşəkkürünü bildirib: "Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin”.

Qeyd edək ki, tanınmış rejissor Eltən Qədimbəylinin (Törəçi) ailəsində ağır itki üz verib. Belə ki, onun əmisi oğlu, 22 yaşlı Leysan Mikayıloğlu Qədimbəyli vəfat edib.

Rejissor Leysanın adi bir insan olmadığını, azad ruhu, sənətə və təbiətə bağlılığı ilə hər kəsin yaddaşında xüsusi yer tutduğunu bildirib.

Onun sözlərinə görə, Leysan rəssamlıq təhsili alıb, keramika sənətinə böyük maraq göstərib və öz emalatxanasını qurmağı arzulayıb. Təbiəti, dağ yürüşlərini, oxçuluğu və xüsusilə göyərçinləri sevən Leysan ailə məclislərinin ən sevilən simalarından biri olub.

"Bəzi insanlar gedəndə sadəcə özləri getmir… O evin səsi də azalır, istiliyi də…" - deyə Eltən Qədimbəyli paylaşımında qeyd edib.

Xatırladaq ki, 24 may tarixində paytaxtın Suraxanı rayonunda 22 yaşlı Leysan Qədimov səhhətində yaranan qəfil ağırlaşma səbəbindən dünyasını dəyişib.

O, Sədərək rayonundan olan Qədimbəyli ailəsinin övladıdır.

Leysan Qədimbəylinin xatirəsinə tələbələrin təhsilinə dəstək göstəriləcək
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş