“Lexus” BMW ilə toqquşub

Hadisə

14.09.2025 - 14:39

Beyləqanda yol qəzasında bir nəfər ölüb

Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində “Lexus” və BMW markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan AYNA.AZ-a bildirilib ki, BMW markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş