Lerikdə evləri yararsız vəziyyətə düşən sakinlər üçün çadır qurulub - VİDEO

Hadisə

27.06.2023 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

Müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib

Fövqəladə Hallar Nazirliyinə (FHN) Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş