Lerikdə evin pəncərəsindən yıxılan kişi ölüb

Xəbərlər

30.07.2026 - 22:23

59 yaşlı kişi 3 metr hündürlükdən həyətdəki çay daşlarının üzərinə yıxılıb

Lerik rayonunun Livədirqə kəndində ölümlə nəticələnən hadisə baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, kənd sakini, 59 yaşlı Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evin pəncərəsindən, təxminən 3 metr hündürlükdən həyətdəki çay daşlarının üzərinə yıxılıb.

O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinənin aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş