Lənkəranda yaşayış evi yanıb: xəsarət alanlar var

Hadisə

29.08.2022 - 01:35

Həkimlər Klinikalar SEO Xidməti

Hadisənin başvermə səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq

Lənkəranda yaşayış evi yanıb. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin “Qalayçılar” məhəlləsində - B.Mirsalayev küçəsində baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Xalid Xalıq oğlu Əliyevə məxsus ev yanıb. Hadisə zamanı ev sakinlərindən ikisi xəsarət alıb.

Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib, alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş