Lənkəranda qanunsuz ağac kəsən şəxs cəzalandırılıb

Xəbərlər

07.02.2023 - 12:25

Aşkar olunmuş faktla bağlı protokol tərtib olunub

Lənkəran rayonu, Şağlaser kəndi ərazisində xüsusi mülkiyyətdə olan torpaq sahəsinin yaxınlığında ağac kəsintisi faktı müəyyən edilib.

AYNA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacın həmin torpağın mülkiyyətçisi Abasəli Feyzullayev tərəfindən kəsildiyi məlum olub:

"Faktla bağlı protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb".

Müəllif: Ayna.az