Lənkəranda maşın dirəyə çırpılıb: yeniyetmə ölüb

Xəbərlər

22.01.2024 - 14:46

Hadisə Talışlı kəndi ərazisində qeydə alınıb

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Talışlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü M. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə FHN xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub və meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş