Ölən şəxslərin adları açıqlanıb
Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü avtomobil qəzası barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi “Mercedes-Benz”, Zaur Kərimovun idarə etdiyi VAZ-2109 və D.Səfərlinin idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-2109 markalı avtomobilin sürücüsü və oğlu Cavad Kərimov hadisə yerində ölüblər. “Mercedes”in sürücüsü isə bədən xəsarətləri alıb.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.