Lənkəranda avtomobil yanıb

Hadisə

24.02.2024 - 20:43

Minik avtomobilinin mühərrik hissəsi anidən alışıb

Lənkəranda avtomobil yanıb. AYNA “Report”a istinadən məlumatına görə hadisə Vilvan kəndi ərazisində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Simran Kamran oğlu Rufullayevə məxsus “Mercedes-Benz G180” markalı minik avtomobilinin mühərrik hissəsi anidən alışıb.

Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğının avtomobilin digər hissələrinnə keçməsinin qarşısı alınıb.

Müəllif: Ayna.az