Lənkəranda ahıl kişi çayda boğulub

Dünya

11.12.2021 - 01:34

Həkimlər Klinikalar SEO Xidməti

Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib

Lənkəran sakini çaya yıxılaraq boğulub. AYNA-nın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Vilvan kəndində baş verib.

Təxminən 60 yaşlarında olan kənd sakini Qurbanəli Cəfərovun meyiti çayda aşkarlanıb. İlkin məlumata görə, Q.Cəfərov velosipedlə hərəkət edən zaman müvazinətini itirərək çaya yıxılıb və orada boğulub.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş