Lənkəranda ağır qəza: ölənlər var

Xəbərlər

08.08.2022 - 21:22

Yaralının vəziyyəti ağır olaraq qalır

Lənkəran rayonunda da baş verən ağır yol qəzasında ölənlərin və yaralanan şəxsin kimliyi məlum olub.

AYNA-nın "Report"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Fariz Ramiz oğlu Əliyev və 2000-ci il təvəllüdlü Ruslan Natiq oğlu Hüseynzadə ölüb.

1990-cı il təvəllüdlü Tərlan İslam oğlu Rəhimov isə yaralanıb, onun vəziyyəti ağır olaraq qalır. 

Onların hər üçü Lənkərəan rayonunun Səpnəkəran kənd sakinləridir.

Müəllif: Ayna.az