Lavrovla Çavuşoğlu görüşüb

Dünya

31.10.2021 - 04:34

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Türkiyənin Xarici işlər naziri Mevlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, görüş Romada Böyük İyirmiliyin zirvə görüşü çərçivəsində baş tutub.

Görüş zamanı diplomatlar Qafqazda və Balkanlarda vəziyyətin sabitləşməsi üçün iki ölkənin səylərinin birləşdirilməsinin vacibliyinə diqqət çəkiblər. Həmçinin Bosniya məsələsinin həlli üçün çoxtərəfli formatlardan istifadə də müzakirə olunub.

Diplomatlar cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün regional 3+3 mexanizminin işə salınması barədə də fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin beynəlxalq və ikitərəfli məsələlər müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş