Lavrovdan Fərrux kəndi barədə açıqlama: "Sülhməramlıların diqqətindədir" 

Aktual

09.06.2022 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

"Delimitasiya üzrə qarşıda duran əsaslı işlərin bir hissəsi kimi bu məsələlərə baxılacaq" 

Qarabağın Fərrux kəndindəki vəziyyət Rusiya sülhməramlılarının yaxından diqqət mərkəzindədir. AYNA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

"Fərruxdakı vəziyyətə gəlincə, bu, Rusiya hərbçiləri üçün prioritet məsələdir və erməni dostlar bundan xəbərdardırlar. Artıq vəziyyətin deeskalasiyası baxımından yerlərdə müəyyən nəticələr var", - Lavrov bildirib.

Onun sözlərinə görə, belə bir anlayış var ki, delimitasiya üzrə qarşıda duran əsaslı işlərin bir hissəsi kimi bu məsələlərə baxılacaq və həll olunacaq.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş