Lavrov: “Qarabağın statusu və kimin olması sualı bağlanıb”

Aktual

25.01.2024 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya XİN başçısı: “Paşinyanın Praqadakı bəyanatı Rusiya üçün sürpriz oldu”

“2020-ci ilin noyabrında müharibəni necə dayandırmağın mümkün olmasında və nizamlanmanın əsas parametrlərini, o cümlədən məsələləri müəyyən edən bir neçə üçtərəfli sənədlərin – Azərbaycan-Ermənistan-Rusiya - ən yüksək səviyyədə razılaşdırılmasında şəxsən Prezident Vladimir Putin həlledici rol oynayıb. Sərhədlərin delimitasiyası, ticarət və nəqliyyat yollarının açılması və sülh müqaviləsinin imzalanması da orada göstərilib”.

AYNA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində məsələnin iqtisadi tərəfi ilə məşğul olan müvafiq strukturlar yaradılıb.

“Yeri gəlmişkən, 2022-ci ildə Praqada Ermənistanın Baş naziri Nikol Paşinyan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bu o deməkdir ki, Qarabağ o vaxtlar olduğu kimi, Azərbaycanın ayrılmaz hissəsidir”, - Lavrov bildirib.

Onun sözlərinə görə, bu, Rusiya üçün sürpriz olub: “Bu, bizim üçün sürpriz oldu. Çünki bundan əvvəl Qarabağın statusunun yekun həlli üçün müxtəlif variantlar müzakirə olunurdu. Ermənistanın Baş naziri bunu təkbaşına edib. O vaxtdan Qarabağın statusu və kimin olduğu sualı bağlıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş