“MAQATE hazırda Tehranın nüvə proqramını hərbi istiqamətə keçirməyə başladığına dair heç bir əlamət görmür”
“İranın nüvə obyektlərinə İsrailin hücum həyata keçirilməsi ciddi təxribat olacaq”. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laosda keçirdiyi mətbuat konfransında deyib.
“İran İslam Respublikasının dinc nüvə obyektlərinə hücum planları və ya təhdidləri həyata keçirilərsə, bu, çox ciddi təxribat olacaq", - Lavrov bildirib.
Nazirin sözlərinə görə, İranın nüvə proqramına nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hazırda Tehranın nüvə proqramını hərbi istiqamətə keçirməyə başladığına dair heç bir əlamət görmür.
“Agentlik mütəmadi olaraq İdarə Heyətinə hesabat verir”, - Rusiya XİN başçısı vurğulayıb.