Lavrov: “ABŞ-la strateji sabitlik üzrə dialoqun bərpası mümkündür”

Dünya

10.06.2025 - 09:48

cedabet dərman SEO Xidməti

“Əvvəlcə ölkələr arasında bərabərhüquqlu münasibətləri bərpa etmək lazımdır”

“ABŞ-la strateji sabitlik üzrə dialoqun bərpası mümkündür. Lakin əvvəlcə ölkələr arasında bərabərhüquqlu münasibətləri bərpa etmək lazımdır. Hələlik bu istiqamətdə əlavə səylər tələb olunur”. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Tramp administrasiyasında strateji dialoqu bərpa etmək istəyi var. Biz ondan çıxış edirik ki, münasibətlərimizin əsas təməlləri, onların əsaslandığı əsas komponentlər strateji sabitlik üzrə bərabərhüquqlu danışıqların aparılması prinsiplərinə uyğunlaşdırılan kimi biz bu cür danışıqları bərpa etməyə hazır olacağıq”, - Lavrov vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin fevralında Prezident Vladimir Putin Rusiyanın Yeni START-da iştirakını ABŞ-ın müqavilənin müddəalarına əməl etməməsi səbəbindən dayandırdığını, elan etdi. ABŞ Dövlət Departamenti də öz növbəsində Rusiya tərəfindən START-nın pozulduğunu bəyan edib, lakin dialoqun bərpasına çağırıb.

ABŞ administrasiyasının dəyişməsindən sonra Lavrov bildirib ki, ölkələr arasında strateji sabitlik üzrə dialoq bərpa olunmalıdır. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Rusiya ilə ABŞ arasında təmaslar zamanı 2026-cı ilin fevralında başa çatan START-nın uzadılması məsələsi müzakirə olunub. Lakin hələlik heç bir razılaşma əldə olunmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş