"39 gün aclığı davam etdirən Saleh Rüstəmli artıq ölüm ayağındadır"
Sabiq dövlət katibi, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva Prezident İlham Əliyevə müraciət edib.
AYNA xəbər verir ki, Lalə Şövkət Prezidentdən Gədəbəyin həbsdə olan və aclıq aksiyası keçirən sabiq icra başçısı Saleh Rüstəmlini azadlığa buraxmağı xahiş edib.
“Cənab Prezident! Mən ilk dəfədir Sizə müraciət edirəm. 39 gün aclığı davam etdirən Saleh Rüstəmli artıq ölüm ayağındadır. Qarabağ qəhrəmanı, vətənpərvər insanın belə vəziyyətə salınması ədalətsizlikdir”,-deyə müraciətdə bildirən Lalə Şövkət dövlət başçısını prosesə müdaxilə etməyə və S.Rüstəmlini azad etməyə çağırıb.
Qeyd edək ki, S.Rüstəmli günahsız həbs olunduğunu bəyan edərək 1 aydan çoxdur aclıq aksiyası keçirir.