Laçında komanda-qərargah təlimi başlayıb

Xəbərlər

19.10.2021 - 11:46

Həkimlər Klinikalar SEO Xidməti

Təlim ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq, oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icrası ilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş