Laçın yolundakı sərhəd-buraxılış məntəqəsi elektriklə təmin olunub

Xəbərlər

24.04.2023 - 07:51

“Azərişıq” məlumat yayıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub. AYNA xəbər verir ki, bu barədə “Azərişıq”dan bildirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş