Kvant kompüterlərinin dövrü başlayır

Maraqlı

27.08.2019 - 01:13

Həkimlər Klinikalar SEO Xidməti

Kvant hesablamalarda yaranan səhvlər minimuma endirilə bilər

 

Yeni olan bir maddə sayəsində, kvant kompüterlərin istehsalındakı ən böyük çətinlik aşılmış ola bilər. Araşdırmaçılar bu görüşün müasir kompüterlərin var olmasında ən böyük inkişaf olan, silikon çiplərin icadına bərabər gəldiyini düşünür.

 

AYNA Milli.az-a istinadən xəbər verir ki, araşdırmada maqnetik sahələrə müqavimətli uran-ditellürid (UTe2) maddəsi sayəsində kvant hesablamalarda yaranan səhvlər minimuma endirilə bilər.

 

NISTdən (National Institute of Standards and Technology) fizika alimi Nik Butç bu barədə belə deyib: "Bu inkişaf kvant kompüterlərin silikon dövrü olaraq adlandırıla bilər. Uran-ditellürid istifadə edərək kvant kompüterlərdə işləyə biləcək məhsuldar kübitlər edə bilərik". Nik Butç və yoldaşları uran əsaslı maqnit növlərini araşdırarkən, UTe2-nin kvant dostu xüsusiyyətlərini kəşf edib.

 

Bu inkişaf bizi kompüterlərin gələcəyinə apara bilər. Qrup uran-ditellüridin həm kvant işləmədə, həm də hələ də bəzi həll edilməyən sirlərin olduğunu düşünür. Araşdırma Science jurnalında nəşr olunub.

Müəllif: Ayna.az