Kürün Surra məntəqəsində suyun səviyyəsi artıb

Xəbərlər

22.02.2022 - 15:22

Həkimlər Klinikalar SEO Xidməti

Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb

Fevralın 22-də Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb, Təngərüdçayın Vaqo, Viləşçayın Şıxlar, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı və Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Çaykənd və Gəncəçayın Zurnabad məntəqələrində suyun səviyyəsi dəyişməyib. Zəyəmçayın Ağbaşlar məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 136 kubmetr qeydə alınır ki, bu da ongünlük normanın 70 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 18 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 23,5 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 31 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 12 faiz azdır.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 280 santimetr, su sərfi isə 57 kubmetr/saniyə olub. Kür-Şirvanda 2 santimetr azalaraq 89, Kür-Bankədə dəyişməyərək 109, Araz-Novruzluda isə 4 santimetr artaraq 60 santimetr təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş