Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi azalıb

Xəbərlər

04.10.2022 - 13:18

Surra məntəqəsində isə suyun səviyyəsi 2 santimetr artıb

Oktyabrın 4-də Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayın Qalakənd məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb, Zəyəmçayın Ağbaşlar məntəqəsində 1 santimetr azalıb, Kürəkçayın Çaykənd, Gəncəçayın Zurnabad, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor, Viləşçayın Şıxlar məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb, Təngərüdçayın Vaqo məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 110 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normadan 68 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 2,1 dəfə azdır.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 17,1 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 18 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 18 dəfə azdır.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi 98 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 24 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 9 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 133 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 79 santimetr, su sərfi isə saniyədə 12,5 kubmetr təşkil edib.

Müəllif: Ayna.az