Kürdəmirdə içməli suyun verilişi dayandırılıb

Xəbərlər

09.02.2024 - 15:59

Qəza səbəbindən şəhərə suyun verilişi dayandırılıb

Kürdəmir şəhərini içməli su ilə təmin edən Ağsu-Külüllü-Kürdəmir su xəttində qəza baş verib. AYNA xəbər verir ki, bu barədə Kürdəmir Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumata görə, qəza səbəbindən şəhərə suyun verilişi dayandırılıb.

Dövlət Su Ehtiyatları Agentliyi yanında “Azərsu” ASC də sözügedən məlumatı təsdiqləyib. Bildirilib ki, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş