Kürdəmirdə dəhşətli qəza: ölən və yaralananlar var

Hadisə

03.05.2023 - 15:39

Həkimlər Klinikalar SEO Xidməti

İki nəfər ölüb, 8 nəfər yaralanıb

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada ölən şəxslərdən birinin kimliyi məlum olub. AYNA “Report”a istinadən xəbər verir ki, həmin şəxs Həmidə Quliyevadır.

Qəza zamanı Quliyev Fəxrəddin Məhəmmədhəsən oğlu, Quliyev Elgün Rəhbər oğlu, Məmmədova Zeynəb Mübariz qızı, Quliyeva Zəhra Vüqar qızı, Quliyev Məhəmməd Vüqar oğlu, Quliyeva Qələmnaz Vüqar qızı, Əliyev İlqar Gəray oğlu, Mehdiyev Eldəniz Zahid oğlu xəsarət alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, bu gün Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən ağır avtomobil qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş