Külək Oğuzda fəsadlar yaradıb

Hadisə

19.06.2024 - 09:26

Həkimlər Klinikalar SEO Xidməti

Təbiət hadisəsinin yaratdığı problem aradan qaldırılıb

Oğuz rayonu ərazisinə axşam saatlarında leysan yağıb, güclü külək əsib. AYNA xəbər verir ki, güclü külək nəticəsində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndindən keçən hissəsində fəsadlar yaradıb. Bir neçə iri gövdəli ağac yola aşıb, avtomobil yolunda nəqliyyatın hərəkətində qısamüddətli məhdudiyyət yaranıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, hadisə barədə məlumat daxil olan kimi kommunal təsərrüfat birliyinin və yol-istismar idarəsinin texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib. Qısa müddətdə avtomobil yolunda hərəkət bərpa olunub.

Rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Müəllif: Ayna.az