Kuleba NATO-ya təşəkkür edib

Dünya

18.10.2022 - 21:56

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "Yens Stoltenberqin bəyanatını alqışlayıram"

Ukrayna XİN PUA hücumundan müdafiə sistemlərini təchiz etmək planına görə NATO-ya təşəkkür edib.

AYNA-nın xəbərinə görə, Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bununla bağlı paylaşım edib.

“Mən NATO-nun yaxın günlərdə Ukraynaya PUA hücumundan müdafiə sistemləri çatdırmağı planlaşdırması ilə bağlı Baş katib Yens Stoltenberqin bəyanatını alqışlayıram. Bizim müzakirə etdiyimiz və istədiyimiz də budur. Ukrayna üçün bu, daha çox xilas edilmiş həyat və daha yaxşı qorunan enerji infrastrukturu deməkdir. Təşəkkürlər, NATO” – deyə diplomat vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş